چهارشنبه، اردیبهشت ۰۱، ۱۳۸۹

Rejim milli məsələlərə qarşı qəddarlaşır


Siamak Babanezhad
İran İslam rejimi Yaşıl Hərəkət öncəsi milli məsələlərə başda Azərbaycan milli məsələsi olmaq üzrə çox sərtcə davranırdı. Yaşıl Hərəkət olayı ortaya çıxdıqdan sonra rejim dünyada və ölkədə böyük imaj itiriminə uğramışdır. Bu imaj itiriminin bilincində olan rejim, özəlliklə ölkədə ən ciddi sorun olan milli sorunları daha da sərtcə basdırmağa çalışmaqdadır. Çünkü, özəlliklə də Azərbaycan milli məsələsindən çəkinən rejim, Azərbaycan türklərinin yaşıl hərəkətdən əsinlənərək ayağa qalxmasından ciddi biçimdə əndişə duymaqdadır. Bu əndişəsini də Azərbaycan milli məsələsinə çox da aid olmayan sadə milli insanları göz altına alması ilə gedərməyə çalışmaqdadır. Yəni Yaşıl Hərəkət sonrası İran genəlində ana dilində təhsil haqqından yana olaraq İran Anayasasının 15 və 19-cu maddələrinin uyqulanımından yana olan insanlar da təqib altına alınmağa başlamışlar. İqtidarın öz içində çəlişkilər dərinləşdikcə, İslam rejimi qəddarlığını Azərbaycan milli məsələsi üzərində denəməyə çalışmaqdadır. Anlaşılan budur ki, İran İslam Rejimi Yaşıl Hərəkətdən daha çox Azərbaycan milli məsələsindən qorxmaqdadır. Xaməneinin Yaşıl Hərəkətin öndərlərini sistemin öz içindən çıxan insanlar olaraq tanımlaması bir şəkildə onların təhdid olmayacağına işarə idi. Ancaq rejimin aşırı istibdadına qarşı Yaşıl Hərəkət onların xəyal etdikləri istiqamətdən çıxıb və demokrasi istəklisi hərəkətə dönüşdükcə, rejim qorxmağa başlamışdır. Çünkü Yaşıl Hərəkətin böyüməsi ölkədə siyasi mühiti genişlədəcəyi təqdirdə Azərbaycan milli məsələsinin açıqca, meydanlara daşıb daşınmasına olanaq sağlana bilər. Bu əndişələrdən yola çıxan islam rejimi təhlükəni ortaya çıxmadan boğmaq istədiyindən Azərbaycan Milli məsələsinə aid olan ən ibtidai istəkləri də vahşi bir  biçimdə boğub yox etməyə çalışır. Ölkədə türkçə çıxan qəzet və dərgilərə yasaq gətirib onların yayımını durdurur, mədəni fəaliyətdə bulunan soydaşlarımızı tutuqlayıb zindanlara atır.Belaliklə İslam rejimi bütün gücü ilə son zamanlarda Azərbaycan milli məsələsinə qarşı daha çox təqibat və təxribat aparmaqdadır.


۱ نظر:

ناشناس گفت...

sayn həsən bəy raşdi.
bu yazyya görə sağolun çox dəyərlidi .
ama buni artirmaliram ki kuruş zərtüşti dəirdi.