پنجشنبه، فروردین ۱۹، ۱۳۸۹

Adını Sevgi Qoydum



 


Flag 
Azerbaijan animated gif 240x180



Adını Sevgi Qoydum

Günəş kimi doğulursan dünyama
Ürəyimin buz sırsıraları
Damla - damla əriməyə başlayıb
Hər zaman damlanın çoxalaraq birləşdiyi
Sevgiylə daşan bir şəlaləni xatırladırsan

Ayın dünyamızı aydınlatdığı kimi
Zülmət qaranlıqları cıraraq
İşıqlarını saçırsan ətrafıma
Elə böyük bir işıqdır ki, bu
Xəyalların gerçəkləşməyi kimi
Adını qoya bilmədiyim düşüncələr kimi
Qapımı hər an döyüləcəyini gözləyən biri kimi

Sən,
Sən sevginin özü olmalısan
Səni gözləmək,
Açılan hər qapının arxasında səni axtarmaq.
Telefona hər zəng gələndə sənsən deyə qaçmaq,
Yenə axtarmadı deyə narahat olmaq.

Gözləmədiyim anlarda səni önümdə tapmaq,
Xoşbəxtliklərin ən gözəlini hiss etmək.
Ən hüznlü anlarında
Hüznünü qəlbimdə yaşamaq,
Sevincini sevincim, dərdini dərdim bilmək
Doğulan hər yeni günə
Sənin üçün xeyir duaları ilə başlayıb
"Günaydın" - deyən səsini eşitmək üçün
Yuxuların ən şirinindən oyanmanın
Sevincini yaşamaq.

Mənə bunları hiss etdirdiyin üçün,
Səndə vurğun yediyim üçün
Adını "Sevgi" qoydum sənin
Sən seviginin özüsən...
Telefonum hər zəng edəndə içim titrəyərək
"O axtarır" - deyirsəm.
Hər nə qədər səs tonumu tənzimləməyə çalışıb
Hələ də bunu bacarmır və yenə də səsimin
Titrəməsinə mane ola bilmirəmsə.
Mənə baxanda, saç diblərimdəki
Fırtınaları dindirəmirəmsə,
Gözlərinə baxaraq
Dənizlərin ən dərinlərinə dalıram,
Və heç cür oradan çıxa bilmirəmsə,
Əllərimi bir kor kimi yandırırsa bədənin
Ürəyimdə alaborlar qopursa, əgər,
Bunu bacaran sənsənmi?
Yoxsa, sən sevgisənmi?
Mənə bu duyğuları yaşatdığın
Və həyatıma girdiyin üçün,
Sevgini yalnız sənə yaraşdırdığım üçün
Adını "Sevgi" qoydum sənin

Sən "Sevgi" olmalısan,
Səni sevirəm...

Şair: Can AKIN

هیچ نظری موجود نیست: