Urmu gölünün nəcat yolu
İstəkli soydaşlar !
Məlum olduğu kimi əziz millətimiz “Urmu gölünün” nəcati üçün qollarını çırmalayıb və ayın 13-də gölün ətrafında toplaşacaqdır. Zəman və məkan şəraitini dərindən idrak edən “Azərbaycan Türk Milləti” Güney Azərbaycanın bu həyati məsələsində iştirak edərək, siyasi don geydirmədən onun nəcatına yollar axdaracaqdır. Zərrəcə şübhə yoxdur ki, millətimiz bütün gücünü qoyarsa, gölün quruması ilə, Azərbaycanın başına gələcək bu böyük bəlanın qarşısını ala bilər. Burada əsas məsələ millətimizi faciənin boyutlarından xəbərdar etmək və onun qarşısının alınmasının mümkün olduğunu sübut etməkdən ibarətdir. Çünki, millət buna inanaraq bu səfə sel kimi axıb qoşularsa, bizi idarə edənlərin boyun əyməsindən başqa çarəsi qalmıyacaqdır. Boyun qaçırmaq üçün bir yolları qalacaqdır, müxtəlif vasitələrlə sübut etməyə çalışacaqlar ki bu ” təbiətin işidir, qarşısını almaq mümkün deyil”.
İşdə, bu təhrifin qarşısını almaq üçün iki il öncə yazdığım 17 səhifəlik “ Urmu gölünün nəcat yolu” projəsini sancaqlıyaraq millətimizin huzrlarına bir daha təqdim edirəm. Şübhə yoxdur ki, bu projə umumi xətləri göstərir, bu əzəmətli işin araşdırılıb kamil bir tərh halına gətirilməsi, çeşitli mütəxəssislər, qaynaqlar, bilgilər və zamana ehtiyac hiss etməkdədir.
Ancaq bir sözü mən inanaraq diyəbilərəm ki, bu projə tekniki cəhətdən mümkün olduğu kimi, Urmu gölünün nəcati ilə birlikdə böyük iqtisadi faydası, inkişaf qabiliyəti və çox qazançlı olacağında da iynənin ucu qədər şübhəm yoxdur. Fikirlərin hamısı elmi dayanağa sahib, dünya təcrübəsinə uygun və məhəndislik baxımdan geçərlidir. Hər hansi bir tekniki vəya iqtisadi sorqulamaya münasib və geçərli cavabın varlığına inanaraq israr edirəm.
Onun üçün bir daha məsələyə siyasi sifət vermədən deməklə, projənin icrasını tələb etməklə Azərbaycanımıza böyük xidmət etmiş olarıq.
27.03.2010
__._,_.___