شنبه، اسفند ۱۵، ۱۳۸۸

İran türklərinin «Barselona»sını dagidirlar

İran türklərinin «Barselona»sını dagidirlar FOTOLAR

İran 
türklərinin «Barselona»sını dağıdırlar! - <font 
color=#ff0000>FOTOLAR</font>
Paylaş
Məhəmməd Rza Ləvai: "Onlar "Traktorsazi"ni aşağı liqaya salmağa, komandanı farslaşdırmağa və fars şəhərinə köçürtməyə çalışırlar"
Fanat: "Traktorsazi" futbol klubu İran türklərinin simvolu hesab olunur. Yüzminlərlə azarkeşi olan bu klubun oyunları zamanı əksər hallarda milli şüarlar səslənir, hətta soydaşlarımız məhz bu səbəbdən həbs olunur. Elə buna görə də İranın molla rejimi bu klubun varlığını qəbul edə bilmir. Səbəbini isə yuxarıda göstərdik.
Qeyd edək ki, "Traktorsazi"nin əsası 1970-ci ildə Cənubi Azərbaycanın Təbriz şəhərində qoyulub. Kluba azarkeşləri tərəfindən "qırmızı canavarlar" ləqəbi verilib. Klub yarandıqdan 7 il sonra - 1977-ci ildə İran çempionatının qalibi olub. "Traktorsazi"ni Təbriz Traktor Zavodu himayə edir. Komandanın oyunları zamanı stadion həmişə dolu olur. Xüsusilə də çətin keçən "Traktorsazi" - "İstiqlal" oyunları zamanı.
İran hakimiyyəti bu klubu dağıtmağa və ya farslaşdırmağa çalışır. Bu barədə Cənubi Azərbaycandan olan siyasi mühacir və yazıçı Məhəmməd Rza Ləvai Fsport.az saytına danışıb. Kiçik müsahibəni diqətinizə çatdırırıq.
- Ləvai bəy, siz "Traktorsazi"ni hansı əsasla İran türklərinin "Barselona"sı adlandırırsız?- Təssəvür et ki, bütün ictimai istəklər top kimi türk futbolçusunun ayağına düşüb və o, farslarla futbol dili ilə danışmaq istəyir. Bütün türk azarkeşləri topun daşıdığı dialoqa səs verirlər və təsəvvür et ki, birdən "Traktorsazi"nin futbolçusu topu fars komandasının qapısından keçirir. Həmin an yüz min tamaşaçı göyə atılıb bağırır və deyir: "Yaşasın Azərbaycan" , "Yaşasın türk dili". Sən onda hansı hisslər keçirirsən? Rəqib komandanın qapısı "söküləndə" haqq-ədalət futbol meydançasında bərpa edilir və bu, ən gözəl hissdir. İspaniyanın Kataloniya vilayətini təmsil edən "Barselona"da bu vəziyyətdədir. Dünya futbolunda iki şüar məni məni daha çox özünə cəlb edir: "Kataloniya İspaniya deyil" və "Təbriz İran deyil". Bu oxşarlıq məni məcbur edir ki, "Traktorsazi"ni "Barselona"ya oxşadım.
- "Traktosazi"dən yeni xəbər varmı?- Bəli. Fars siyasətçiləri "Traktosazi"ni dağıtmaq istəyirlər. Onların üç hədəfi var: 1. "Traktorsazi"ni uduzdurub aşağı liqaya salmaq; 2. "Traktorsazi"nin türk oyunçularını satıb, komandanı farslaşdırmaq; 3. "Traktorsazi"ni fars şəhərinə köçürtmək. Hazırda fars başbilənləri "Traktorsazi"nin tamaşaçıları arasında ixtilaf salmaqla məşğuldurlar. İndi İranda yalnız bu klubun azarkeşləri həbs olunur və əlbətdə ki, bu həbslər siyasi xarkter daşıyır. Başqa yeni bir xəbərdə budur ki, bu günədək İran polisi klub fanatlarından təqribən beş maşın bayraq müsadirə edib. Bu bayraqların üzərinə türk şuarları yazılmışdı.
"Azərbaycan diyarımız, türk dili iftixarımız"
Mənbə: Fsport.az
/

هیچ نظری موجود نیست: