دوشنبه، اردیبهشت ۲۰، ۱۳۸۹

Urmiyada qədim məscid və çoxlu tarixi abidələr uçub-dağılır

canaz:http://www.canaz.tv/haber/951-guney-xeberleri-urmiyada-q601dim-m601scid-v601-coxlu-tarixi-abid60.html
Bakıda məscid davası edənlərin nəzərinəj
Urmiya şəhərinin "Gülüstü" məhəlləsində yerləşən "Lütfəli xan məscidi" uçmaqdadır. Bu məscid Güney Azərbaycanın mühüm qədim tarixi abidələrindən sayılır. Güneydən redaksiyaya daxil olan müraciətdə bildirilib ki, Güney Azərbaycanın tarixi abidələri baxımsızlıq ucbatından dağılmaqdadır. Azərbaycan mədəniyyəti, tarixi, abidələri və mənəvi həyatını əks etdirən sənət əsərləri nəinki İran İslam Respublikasının dəstəyindən məhrumdur, eyni halda hakimiyyətin özü tərəfindən ağır zərbələrə məruz qoyulmaqdadır.

Yeri gəlmişkən, Bakıda məscid davası aparanlardan sözügedən, habelə Azərbaycanın başqa əyalətlərində uçub-dağılmaqda olan qədim məscidlərlə bağlı etiraz səsi çıxmır. Yoxsa onlar ibadət yeri sayılmır?

Arayış üçün: 4-5 il öncə şəhərin hazırda "İmam xiyabanı" adlanan küçəsində "Şeyx Əli xan hamamı"nı da "Sərdaran" prospektinin salınması adı altında sökmüşdülər. Bu özbaşınalıqlara İranın səlahiyyətli qurumları göz yummuşdu.

İslam Respublikasına rəhbərlik edənlər Azərbaycanın tarixi abidələrini söküb-dağıda bilməyəndə isə onun adını dəyişir. Urmiya şəhərindəki "Doqquz pillə buzxanası"nın adı dəyişdirilib. İranın Mədəni irsi qoruma idarəsi bu sayaq məsələlərdə tarixiliyi qorumaq yerinə özü bu işlərə başçılıq edir. Qurumun təşəbbüsü ilə "Doqquz pillə buzxanası"nın adı fars dilinə tərcümə edilərək, "Yəxçəle nohe-pille" kimi adlanıb. Görünür, adın türkcə olması "pantürkizmdən" xəbər verirmiş.

Fars şovinistləri və ermənilərin türklüyə qarşı təhriflər metodu və üslubundan təzəlikcə kürdlər də faydalanmağa səy edirlər. "GünAzTv"nin bu haqda yaydığı "Yumurta oğrusu sonda dəvə oğrusu olar" başlıqlı məqalədə deyilir: "Deyəsən türklərə, o cümlədən Azərbaycan türklərinə qarşı çıxan bədxahlar eyni xəstəliyə yoluxublar. Kürd milliyyətçiləri də ermənilər kimi torpaqlarımıza göz dikməklə kifayətlənmir, həm də tarix və mədəniyyətimizi mənimsəmək niyyətinə düşüblər".

Mənbənin məlumatına görə, çeşidli çoxsaylı və təkzibedilməz mənbələrdə türk olduğu dəfələrlə və dəfələrlə sübut edilmiş Nizami Gəncəvini təzəlikcə özlərinə tarix düzəltməyin peşinə düşən kürd "ziyalıları" "kürd" kimi qələmə verməyə çalışır. Onlar bu dahi türkü "Vikipediya"da "kürdlərin dahi şəxsiyyəti" kimi təqdim ediblər.

هیچ نظری موجود نیست: