سه‌شنبه، اردیبهشت ۲۸، ۱۳۸۹

لاچينسيز 18 ايل Lacinsiz 18 il


1992-ci il mayın 17-də erməni işğalçıları rayonunun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 azərbaycanlı öz yurdundan didərgin düşüb. Rayonun işğal tarixcəsi isə aşağıdakı kimi olub. Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intesiv olaraq ağır artileriya silahlarından rayon mərkəzini atəşə tutublar. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Qeyd edək ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub.

  Yerli rayon sakinləri deyir ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan silahlı qüvvələrinin böyük əksəriyyəti cəhbə bölgəsini tərk edib. Laçınlı Vəliş Həsənov ANS-in əməkdaşı ilə söhbətində o günləri xatırlayıb: Qoşun mayın 17-də təmiz çıxmışdı. Rayonda beş-altı nəfər var idi. Biz rayondan çıxan maşının qarşısını kəsdik ki, getməyin,- deyə bu cəhdlərinin boşa çıxdığını vurğulayır. Xatırladaq ki, Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşulmuşdu. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisaidiyyatına ciddi ziyan vurub. 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi kimi tanınıb. Qeyd edək ki, 63 minə yaxın əhalisi olan rayonun 122 kəndi var idi. Erməni silahlı qüvvələrinin işğalı nəticəsində burada 30-dan artıq mədəniyyət və tarixi abidələri dağıdılıb. Bundan başqa, düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahalərini yararsız hala salıb.

  
لاچينسيز 18 ايل اولدو
 آذربايجانين قديم گوشه لريندن اولان لاچي نين ائرمنيستان سيلاهلي قوووه لري طرفيندن ايشغاليندان 18 ايل اؤتور.    1992-جي ايل مايين 18-ده ائرمني سيلاهلي بيرلشمه لري لاچين رايونونو ايشغال ائديب. ايشغال نتيجه سينده 63 مين 341 آذربايجان وطنداشي اؤز يوردوندان ديدرگين دوشوب، يوزلرله مدني-معيشت اوبيئکتيني، اونلارلا قصبه ، کند و تاريخي آبيده لريني داغيداراق تالان ائديب.    1876 کوادرات کيلومئتر اراضيسي اولان رايونون 121 کندي وار. ايشغال زاماني 300-دن چوخ حربي و مولکي شخص هلاک اولوب و ايتکين دوشوب. ايشغال آلتيندا 8950 بينا، او جومله دن 7 صنايع و تيکينتي موسسيسسي، 471 خيدمت ايداره سي، 154 مکتب، يوزلرله تاريخ-مدنيت آبيده سي قاليب.    1992-جي ايل مايين 8-ده شوشا شهري ائرمنيستان طرفيندن ايشغال اولوندوقدان سونرا ائرمني سيلاهلي قوووه لري اينتئنسيو شکيلده  آغير آرتيلئرييادان رايون مرکزيني آتشه توتوب.    شوشا شهري نين تورشسو دئييلن اراضيسيندن و ائرمنيستان ايستيقامتيندن هوجوما کئچن دوشمن مايين 18-ده لاچيني ايشغال ائديب. اهميتلي گئوستراتئژي مؤوقئعيه ماليک اولان لاچي نين ايشغالي آذربايجان ايقتيسايدياتينا جيدي زييان ووروب.     ايشغالچي دؤولت بين الخالق حوقوق نورمالارينا، ضبط اولونان آذربايجان تورپاقلاريندان ائرمنيستان قوشونلاري نين قئيد-شرطسيز چيخاريلماسينا داير بمت-نين قطعنامه لرينه محل قويماياراق حاضيردا لاچيندا قانونسوز مسکونلاشما آپارير. 

۱ نظر:

ائلچين گفت...

ساغ اولون تايماز بئي ، يازيلارينيزدان يارارلانيريق.
ال- قولونوز آغريماسين