Adam olun, özgür insan, düz müsəlman!
Əlirza Fərşi
Bu mənəm!
Böyük armana görə şəhid olan pasdar kişinin "Şahid Oğlu"!
On ildən çox izi itmiş bir atanın "Böyük Oğlu"!
Quranın haq ayələrini əzbərləyən bir "Müsəlman"!
İllər boyu bəsiclərdə çabalayan bir "Bəsici"!
Türklər üçün bir "millətçi"!
Haqqın səsi!
Gur nəfəsi!
Elin səsi!
"Elsəs"!
Öyrətmənəm!
Dünyanın gəlişmiş teknolojilərin öyrədən!
"Cılfa" universitəstindəə "Bilgisayar Öyrətməni"yəm mən!
Təbrizin başqa-başqa universitətlərində öyrətmən olan birisiyəm!
Özümdən yaşlı-yaşsıza öyrədirəm "Şərif" və "Tehran"da öyrəndiklərimi!
Yazaram!
Yazıram mutluluqları, kədərləri!
Pas basmış tarixləri yazıram İnternet döşündə!
Bir millətin keçmişindən gələcəyinə yol salmaq istəyirəm mən!
Aydınlaşıb, aydınlatmaq istəyirəm hər gün axşam unudulmuş bir milləti!
Oğulam!
Bir şəhid atanın sevdigi qadından doğulan oğlan!
Kədərlə yaşamış, ərsiz-eşsiz qarılmış bir ananın oğluyam mən!
Saçları dətdən ağarmış, dağ başına qar duşmuş bir qarının oğluyam!
Daşlı dağların ürəyi tək od püsgürən volkan ürəkli ananın böyük oğluyam, bil!
Qardaşam!
İki bacıya, can qardaşa xan dadaşam mən!
Atasız sızıldayan üç ürəyin ğəmdaşıyam, səbirdaşıyam mən!
Üç yavrunun dərtlərindən gizli otaqlarda hünkür-hünkür ağlayan adaşam mən!
Ğəm dağıyam! On ildən çox qapılara göz tikən bir anadan üç uşağa can qardaşam!
Türkəm!
Türk millətin Türk oğluyam!
Baldan şirin vardır dilim! Elim vardır dilim-dilim!
Dili yasaq olan elim parçalanmış ölkələrdə qaçaq! Qaçaq!
Göy tanrının yalnız qalan dəli qanlı yer Türklərin Türk oğluyam!
"Türk dilində mədrəsə!"çun haray çəkib, bir milləti səsləndirən koroğluyam!
Dəlilərin ən sevdiği, Oğuz xanın insan oğlu, gün-ay-ulduz, göy-yer-dəniz qardaşıyam!
Günəş gözü, misri qılınc, gün doğandan gün batana, yaydan gərgər qaçaq qoçaq, daşlar dələn tir oxam mən!
Kür Arazam! Ağrı dağdan Türk Xəzərə gor-gor axan, dağlar dələn, hary-köy salan gor çayam mən! Şirin axan acı çayam!
Bir millətin acı-kədər yükün kürəklərində daşıyan axan çayam!
Daha nəyəm!
Siz söyləyin məni tutan görəvlilər!
Doqsan gündən çox incidib, tutsaqlayan görəvlilər!
Bir il mənə, mənlə olan üzükdaşa həbs hükmünü e`lan edən görəvlilər!
Min bir suça suçlandırıb, yersiz-yersiz can yandıran, ışıq yaxan görəvlilər!
Demirəm:
Ölün!
Olmayın!
Hükümət etməyin!
Deyriəm:
Adil olun!
Yersiz yerə tutsaqlayıb, incitməyin!
Yalan-yalan töhmətlərlə talan-talan hükm verməyin!
Iki əlli bu dünyanı qucaqlayıb, son dünyanı burax deyib, vaz keçməyin!
Adam olun!
Özgür insan!
Düz müsəlman!
Ata oğlu! Elə yanan!
آدام اولون! اؤزگور اینسان؛ دوز موسلمان!
«علیرضا فرشی»
بو منم!
بؤیوک آرمانا گؤره شهید اولان پاسدار کیشینین «شاهد اوغلو»!
اون ایلدن چوخ «ایزی ائتمیش» بیر آتانین «بؤیوک اوغلو»!
قورآنین حاق آیه لرینی ازبرله ین بیر «موسلمان»!
ایللر بویو بسیجلرده چابالایان بیر «بسیجی»!
تورکلر اوچون بیر «میللتچی»!
حاققین سسی!
گور نفسی!
ائلین سسی،
«ائلسس»!
اؤیرتمنم!
دونیانین گلیشمیش تئکنولوژیلرین اؤیردن!
«جیلفا» اونیوئرسیتتینده «بیلگیسایار اؤیرتمنی»یم من!
تبریزین باشقا-باشقا اونیوئرسیتتلرینده اؤیرتمن اولان بیریسییم!
اؤزومدن یاشلی-یاشسیزا اؤیردیرم «شریف» و «تئهران»دا اؤیرندیکلریمی!
یازارام!
یازیرام موتلولوقلاری، کدرلری!
پاس باسمیش تاریخلری یازیرام اینترنت دؤشونده!
بیر میللهتین کئچمیشیندن گله جهیینه یول سالماق ایسته ییرم من!
آیدینلاشیب، آیدینلاتماق ایستهییرم هر گون آخشام اونودولموش بیر میللهتی!
اوغولام!
بیر شهید آتانین سئودیگی قادیندان دوغولان اوغلان!
کدرله یاشامیش، ارسیز-ائشسیز قاریلمیش بیر آنانین اوغلویام من!
ساچلاری درتدن آغارمیش، داغ باشینا قار دوشموش بیر قارینین اوغلویام!
داشلی داغلارین اورهیی تک اود پوسگورن وولکان اورکلی آنانین بؤیوک اوغلویام، بیل!
قارداشام!
ایکی باجییا، جان قارداشا خان داداشام من!
آتاسیز سیزیلدایان اوچ اورگین غمداشییام، صبیرداشییام من!
اوچ یاورونون درتلریندن گیزلی اوتاقلاردا هونکور-هونکور آغلایان آداشام من!
غم داغییام! اون ایلدن چوخ قاپیلارا گؤز تیکن بیر آنادان اوچ اوشاغا جان قارداشام!
تورکم!
تورک میلله تین تورک اوغلویام!
بالدان شیرین واردیر دیلیم! ائلیم واردیر دیلیم-دیلیم!
دیلی یاساق اولان ائلیم پارچالانمیش اؤلکه لرده قاچاق! قاچاق!
گؤی تانرینین یالنیز قالان دلی قانلی یئر تورکلرین تورک اوغلویام!
«تورک دیلینده مدرسه»چون هارای چکیب، بیر میلله تی سسلندیرین کوروغلویام!
دلیلرین ان سئودیغی، اوغوز خانین اینسان اوغلو، گون-آی-اولدوز، گؤی-یئر-ده نیز قارداشییام!
گونش گؤزو، میسری قیلینج، گون دوغاندان گون باتانا، یایدان گرگر قاچاق قوچاق، داشلار دلن تیر اوخام من!
کور-آرازام! آغری داغدان تورک خزره گور-گور آخان، داغلار دلن، هایکوی سالان گور چایام من! شیرین آخان آجی چایام!
بیر میلله تین آجی-کدر یوکون کورکلرینده داشییان آخان چایام!
داها نه یم!
سیز سؤیله یین منی توتان گؤرولیلر!
دوقسان گوندن چوخ اینجیدیب، توتساقلایان گؤرولیلر!
بیر ایل منه، منله اولان اوزوکداشا حبس حوکمونو اعلان ائدن گؤرولیلر!
مین بیر سوچا سوچلاندیریب، یئرسیز-یئرسیز جان یاندیران، ایشیق یاخان گؤرولیلر!
دئمیرم:
اؤلون،
اولماییین،
حکومت ائتمه یین!
دئییرم:
عادل اولون!
یئرسیز یئره توتساقلاییب، اینجیتمه یین!
یالان-یالان تهمتلرله تالان-تالان حوکم وئرمه یین!
ایکی اللی بو دونیانی قوجاقلاییب، سون دونیانی بوراخ دئییب، واز کئچمه یین!
آدام اولون!
اؤزگور اینسان!
دوز موسلمان!
آتا اوغلو، ائله یانان!
هیچ نظری موجود نیست:
ارسال یک نظر