كونول نفسين اولدورممه ميش رياضت ده يالاندير
حرام مالدان احسان اولماز سخاوت ده يالاندير
بير اينسانين اوز نفسينده گر لياقت اولماسا
دده – بابا سلطان اولسا نجابت ده يالاندير
مرحوم دده كاتيبين اصل آدي عبدل الرحمن طيار قولونجي كندينين ساكينيدي. دده بيلديغينيز كيمين آشيق لارين ان عولوي و سون درجه سيدير. دده كاتيب ياراديجيليغين شعر ساحه سينده بالو لي ميسكين و دوللي موصطفايا بورجلو دور و بير زنگين شيعر مجموعه سي خصوصاً آشيق هاوالاري ياراديب كي قطعياً نه قدر آشيق آذربايجان دا وار اونون شيعرلريده وار اولاجاقدير.
اوستاد بهرام اسدي اورمو شاعيري مرحوم دده كاتيب بارده بله يازير:" دده كاتيبين شعر ديلي ساده و آخيجي دير. اونون شعرلرين اوخودوقجا آيدين گورونور كي شعر لري صميمي و اورگه ياتان دير. چونكي او خلق دن آيري دييل." مرحوم دده كاتيب چاليشقان و دييب گولن بير اينسانيدي. اونون محضرينه يتيشديينيز زامان يورقونلوق جانيزدان چيخاردي . مرحوم، قولونجي كندينده اكينچيليگه مشغولويدي و سون گونونه كيمينده آنلي آچيق و ئوز امگينن گچيندي. مرحوم 1304 ده قولونجي كندينده آنادان اولوب و بايرام(اسفند) آيينين ايلك هفته سينده(1387) همن بو كندده دونياسين دييشدي. مدرسه گورمه ميشدي آمما قديم سياق عاليم يانيندا تحصيل آلميشدي و آذربايجان و ايستانبول توركجه سينده شيعر يازيردي. مكمل حالتده فارس ؛ كورد و عرب ديليني بيليردي. ايسلام دينينه چوخ دوشگون و معتقيد بير كيمسيدي و مذهبي حنفي دي. شاعير" اينجي لي صدف "كيتابيندا كي 1382نجي ايلده باسيليب ئوزوني بله تانيدير: " آمما من كثير الاولادام 11اوغلوم و7قيزيم وار.اوغلانلاريمين بيريسي توركيه ده ؛ بيريسي آمريكادا ؛ بيريسي اوستراليادا و اوچومجه ايسه كانادادا اوخوماغا و تحصيلاتا مشغول دولار. قالاني قولونجو كندي و اورمو شهرينده چاليشيرلار. " مرحوم دده كاتيبين اثرلري 3500بيئتي آشير.اينجي لي صدف او مرحومون بيرينجي شيعر دفتريدي كي سوونلرينه تقديم اولوب.
دده كاتيب بو جمليه خوش اينان
حقين تانير اوزون تانيان اينسان
دونيادا يازيليب مين لرجه رومان
اولدن عاشيقم قورآنا من ده
شعرلرينده سانكي بير دده ، بالالارينا ئويود و نصيحت ورير. قرآني چوخ ياخشي بيلديي معلومدور و تاريخدن ديرلي معلوماتينين اولدوغو آيديندير.
urmudan gələn ışıq lar - dədə katıb
həram maldan əhsan olmaz səxavt də yalandır
bir ınsanın oz nəfsində gər lıaqət olmasa
dədə – baba səltan olsa nəcabt də yalandır
mərhum dədə katıbın əsl adı əbdolr əhman təyar. Qoluncu kəndinin sakınıdı . dədə bildiğiniz kimin aşıq ların ən olvy və son dərcə sidir . dədə katıb yaradıcılığın şer sahə sində balu li miskin və dülli mustafaya bürclü dür və bir zəngin şir məcmuəsi xususənً aşıq havaları yaradıb ki nə qədər aşıq azərbaycan da var onun şiərləridə var olacaqdır . ustad bəhram əsədı urmu şairi mərhum dədə katıb bardə belə yazır: " dədə katıbın şer dili sadə və axıcı dir . onun şerlərin oxuduqca aydın gürünür ki şer ləri səmimi və oərgə yatan dir . çünki o xəlq dən ayrı deyil . " mərhum dədə katıb çalışqan və deyib gülən bir ınsanıdı . onun məhzrinə yetişdiyniz zaman yürqünlüq canızdan çıxardı . mərhum , qoluncı kəndində əkinçiligə məşğülüydi və son gününə kimin də anlı açıq və oz əməgınən gəçindi . mərhum 1304 də qoluncı kəndində anadan olub və bayram ( esfənd ) ayının ilk həftə sində ( 1387 ) həmən bu kənddə dünyasın dəyşdi . mədrsə gürməmişdi amma qədim səyaq alim yanında təhsil almışdı və azərbaycan və istanbul türkcə sində şir yazırdı . mokəməl halətdə fars ; kürd və ərəb dilini bilirdi . ıslam dininə çox düşgün və motəqid bir kimsəidi və məzhəbi hənfi di . şair " inci li sədəf " kitabında ki 1382nci ildə basılıb ovzünü belə tanıdır: " amma mən kəsir olevladam 11 oğlum və7qizim var . oğlanlarımın birisi türkiyə də ; birisi amerıkada ; birisi avustralıada və oçümcə isə kanadada oxumağa və təhsilata məşğül dular . qalanı qoluncu kəndi və urmu şəhrində çalışırlar . " mərhum dədə katıbın əsərləri 3500beiti aşır . inci li sədəf o mərhumun birinci şir dəftridi ki süvənlərinə təqdim olub .
dədə katıb bu coməliə xüş ınan
həqin tanır ozun tanıan ınsan
dünyada yazılıb min lərcə ruman
oldom aşiqm qurana mən
dədə şerlərində sankı bir baba , balalarına oyud və nəsihət vərir . qoranı çox yaxşı bildiyi məlumdur və tarixdən dəyərli məlumatının olduğu aydındır .
هیچ نظری موجود نیست:
ارسال یک نظر