پنجشنبه، اسفند ۱۹، ۱۳۸۹

اورمودان گلن ايشيق لار-عسگرخان افشار اورموي (عبدالمالكي)


اورمو شهري قاجار دوورونده و آزه ربايجان – روس ساواشلاري اسناسيندن چوخ بحراني (كريتيك)رولا صاحيب ميش و اورمولو سياسي آدام لار اوزامان موهوم رول لار اويناميش لار. روس اوردوسونون ظفريندن سونرا اورمو شهري ضيمانت كيمين توركمن چاي و گوليستان موقاويله لرينده گوستريلميشدي و اگر عابباس ميرزا روسون طلب اتديگي جريمه لري{10كرورتومن(5ميليون تومن)} اوده ممه ميش اولسايدي اورمو شهري روس لارا وره بيليرميش(1243هجري –قمري). اورمو شهرينين قابليت لي سياست آداملاريندان بيري عسگرخان افشار اورموي ايدي . بو سياست آدامي ممالك محروسه ايرانين او تاريخه كيمي بيرينجي ائلچيسي كيمي فيرانسادا منصوب اولدي. قاجار شاهي ( فتحعلي شاه) بو وسيله ايله ايستيردي فيرانسيز باشچيسي ناپلئون ايله روس لار عليهينه موقاويله باغلاييب و اونلارين سيلاح وساواش بيليم لريندن فايدالانسين . بو تلاش لار فين كنشتاين موقاويله سينه مونجر اولدو، آمما تاسف كي چوخ قيستا بير سوره سونرا ناپلئون انگليس لر له آنناشمادان سونرا تك طرفلي اولاراق بو موقاويله ني دايانديردي. عسگرخان افشار 1808دن 1810آ قدر فيرانسادا ايقامت اتميشدير. بعضي تاريخچي لر اونون فيراماسونري محفيل لرله علاقه دار اولدوغونو ايدعا ائديبلر. عسگرخان افشار عبدالمالكي 1249هجري قمري اورمو شهرينده وفات اديب و قبري اورمونون جنرال مچيدينين شبيستانيندا دير. او مرحومون خانيميدا همين يرده گومولوب دور. همين مچيد افشار سردارينين خرجيله و ائوينين قونشولوقوندا تيكيلميشدير. عسگرخان خانيم لارين ايجتمايا اياق آچماسيندا ديرلي رول اويناميشدير.
توجه اتمه لييق كي عسگرخان محله سي او زامان هيندو محله سي آدلانيرميش و 1273هجري قمري يعني 24ايل سردار افشارين اولوموندن سونرا ديگر افشار سرداري كي اودا تصادفن عسگرخان افشار آديلا معروف اويموش و كورد عيصيانچيلارلا ساواش دا (دره گيز چيمن لرينده ) شهيد اولدوقدان سونرا هيندومحلله سي نين دروازاسيندان شهره جنازه سي واريد اولدوقدان سونرا ، او شهيدين آدي پايدار قالسين ديه اورمونون اهاليسي طرفيندن آديني عسگرخان محله سي ايله دييشديرميش ديرو بو محلله نين آدي عسگر خان افشار عبدالمالكي ايله هچ بير موناسيبتي يوخدور.
Urmudan gələn işiqlar- Əsgərxan Əfşar urəməvibdolmalikı)
Urmu şəhri qacar düvründə və Azərəbaycan – rüs savaşları əsnasından çox bohranı ( kritik ) rola sahib miş və Urmulu siyasi adamlar ozaman mühüm rollar oynamışlar . Rüs ordusunun zəfərindən sonra Urmu şəhri zəmanət kimin Türkmənçay və Gülıstan müqavilələrində güstərilmişdi və Urmu gr Abbasmirza Rüsün tələbetdıgı cərimələri{10krürtümən ( 5milion tümən ) } ödəməməmiş olsaydı Urmu şəhri rüslara verə bilirəmiş ( 1243hicri –qəməri ) . Urmu şəhrinin qablıətli siyasət adamlarından biri Əsgərxan Əfşar urəməvi ıdı . Bu siyasət adamı məmaliki məhrüse- Iranın o tarixə kimi birinci elçisi olaraq Fıransada mənsüb oldu . Qacar şahı ( Fəthəlişah ) bu vəsiləilə istirdi Fıransız başçısı Napilun ilə rüs lar əlihinə müqavilə bağlayıb və onların sılah və savaş bilimlərindən faydalansın . Bu təlaşlar finkoneştain müqaviləsinə müncər oldu , amma təsufki çox qısta bir sürə sonra Napilun Ingiliıslərlə annaşmadan sonra tək tərəfli olaraq bu müqaviləni dayandırdı . Əsgərxan Əfşar 1808dən 1810-a qədər Fıransada ıqamət etmışdır . Bəzi tarixçilər onun firamasunerı məhfillərlə əlaqədar olduğunu ıdia ediblər . Əsgərxan Əfşarəbdolmalkı 1249hcri qəmri Urmu şəhrində vəfat edıb və qəbri Urmunun Ceneral məçidinin şəbıstanındadir . O mərhumun xanımıda həmin yerdə gümülübdür . Həmin məçid Əfşar sərdarının xərcilə və evinin qunşuluqunda tikilmişdir . Əsgərxan xanımların ıctmaya əyaq açmasında dəyərli rol oynamışdır . Təcəcüch etməliq ki Əsgərxan məhələsi o zaman hindü məhələsi adlanırəmış və 1273hecri qəməri yəni 24il sərdari Əfşarın olumundən sonra digər Əfşar sərdarı ki oda təsadofən Əsgərxan Əfşar adıla məruf oymuş və kürd isyançılarla savaşda ( Dərəgiz çimən lərində ) şəhid olduqdan sonra Hindü məhəlləsinin dərvazasından şəhrə cənazəsi varıd olduqdan sonra , o şəhidin adı paydar qalsın diə Urmunun əhalısı tərəfindən adını Əsgərxanməhələsi ilə deyişdirilmişdir bu məhəllənin adı Əsgərxan Əfşar Əbdolmalikı ilə heç bir munasıbətı yoxdur .

هیچ نظری موجود نیست: