بيلديينيز كيمين اورمو آزه ربايجانين قلبيدير بلاگي چاليشير اوز دونيا گوروشي آچيسيندان گونون اولايلاري و وطنيميزين تاريخي وقايعين آيدين لاتسين. بو بلاگين عمروندن تكجه بير ايل گچير ، بونا رغمن بير چوخ آيدين و ملي فعال و اله جه ده موختليف سايتلار بو بلاگا ماراخ گوستريللر. 22مهر (14اكتبر) گونون ايلك ساعاتلاريندان اورمو لو تايماز سوسدورولموشدور. فيلترينگ ايداره سينين پيچاقي بو كز بيزي هدف توتوب. من چوخ تاسف ييرم كي ، اولكه نين بو بويدا بوركراتيك اورگانلاري منيم كيمين خيردا بير كيمسه ني گوروب و اوخورلاريني زهر له مه دن قورخوب و تبكي گوستريللر آمما نچه ميليونلوق خالقين حياتين خطره سالان بير چوخ شيدن آسانليقلا واز گچيرلر. مثلا اورمو گولو حياتينين سون گونلرين گچيرير آمما كيمسه اونونلا ايلگيلنمير آمما بو بلاگ كي تكجه بير گونده ان چوخ 170 الي 200گوروشندن فاضلا گوروشجوسو يوخدور فيلترينگين مزاياسيندان بهره مند اولور. بونلارا رغمن ايمكانيم اولدوقجا يازيب و سيزلرله پايلاشاجاقام ، گچن ايل بلاگفادا ن كوچوب بلاگ اسپاتا گلميشديم ، لازيم اولورسا يني بلاگ آچيب ينيدن اوز سوزلريمي دييب و دوسلاريملا پايلاشا جاقام.
Filtering bu kəz urmulu taymazı vürdü
Bildiyniz kimin urmu azərəbaycanın qəlbidir blogı çalışır oz dünya gürüşi açısından günün olayları və vətənimizin tarixi vəqayeın aydınlatsın . bu blogın ömründən təkcə bir ıl gəçir , buna rəğmən bir çox aydın və milli fəal və eləcədə müxtəlif saytlar bu bloga marax güstərillər . 22mehr ( 14octubre ) günün ilk saatlarından urmulü taymaz süsdürülmüşdür . filtering idarəsinin pıçaqı bu kəz bizi hədəf tütüb . mən çox təasof yiyirəm ki , ulkənin bu buyda burokratık organları mənim kimin xırda bir kimsəni gürüb və oxurlarını zəhərləmədən qürxüb və təbki güstərillər amma neçə milyonlüq xalqın həyatın xətərə salan bir çox şeidən asanlıqla vaz gəçirlər . məsəla urmu gülü həyatının son günlərin gəçirir amma kimsə onunla ilgilənmir amma bu blog ki təkcə bir gündə ən çox 170 ila 200gürüşəndən fazla gürüşcüsü yoxdur filteringin məzayasından bəhrəmənd olur . bunlara rəğmən ımkanım olduqca yazıb və sizlərlə paylaşacaqam , geçən ıl blogfadan küçüb blog spota gəlmişdim , lazım olursa yeni blog açıb yenidən oz süzlərimi deyib və duslarımla paylaşacaqam
هیچ نظری موجود نیست:
ارسال یک نظر