Təbriz şəhərinə gəldim bu səhər, Mən səni dostlardan alanda xəbər: O bir gülüstanda yatır,- dedilər,- Bu ana torpağın əzizi təki,- Səməd Behrəngi. Qəbrinin önündə başımı əydim, əzəldən bu olub istədiyim, əhdim: Həyatda bircə yol səni görəydim, Qoyaydım başına şer çələngi,- Səməd Behrəngi. Yazdın ki, vətənim “para-para”dır Hər para qəlbimdə dərin yaradır. “Qara balıq”in da ümman aradın, Ancaq uddu onu ümman nəhəngi,- Səməd Behrəngi. Heç kəndə, şəhərə sən sığışmadın, Gəzdi ölkə-ölkə şöhrətin, adın. Dolandı arxanca əcəl-cəlladın, Dalğalar qılıncı, Araz tüfəngi,- Səməd Behrəngi. Bilmirəm fələyin bizlə qəsdi nə. Vaxtsız ölüm yeli əsdi üstünə. Məyər Araz durdu sənin qəsdinə? Bəs nədən qaraldı suların rəngi,- Səməd Behrəngi. And yerin bu vətən torpağı oldu, Adın dostlarının bayrağı oldu. Təbizdə nə qədər “Səməd” doğuldu, Dəyişdi həyatın köhnə ahəngi,- Səməd Behrəngi. 1996, Təbriz |
اؤزگه چیراغینا یاغ اولماق بسدیر ، دوغما ائللریمیز قارانلیقدادیر ، یانیب یاندیرمایاق یادین اوجاغین ، ائویمیز سویوقدور ، قیش دیر ، شاختادیر …
هیچ نظری موجود نیست:
ارسال یک نظر
سلام نظرات شما در هرچه بهتر كردن مطالب مفيد خواهد بود. اين يك وبلاگ مستند به آراي علمي است لطف از بكار بردن كلمات توهين آميز اجتناب كنيد.